İraq Azərbaycandan kərə yağı tədarükünü bərpa edib
- 24 yanvar, 2022
- 06:42
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 392,88 min ABŞ dolları dəyərində 78 ton kərə yağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə ixrac dəyər ifadəsində 77,14 %, kəmiyyət olaraq – 79,9 % azalıb.
Hesabat dövründə Rusiyaya 377,76 min ABŞ dolları dəyərində 75,33 ton, İraqa 14,07 min ABŞ dolları dəyərində 2,48 ton, Amerika Birləşmiş Ştatlarına 1,05 min ABŞ dolları dəyərində 0,19 ton məhsul satılıb.
2020-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 78,02 % və 80,59 % azalıb. Bir il 7 aylıq fasilənin ardından İraqa ixrac bərpa edilib. Ötən ilə kimi son on ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ölkəmizdən Amerika Birləşmiş Ştatlarına kərə yağı tədarük olunmayıb.