İrandan Azərbaycana gətirilən külli miqdarda tiryəkin satılmasının qarşısı alınıb

İrandan Azərbaycana gətirilən külli miqdarda tiryəkin satılmasının qarşısı alınıb Məhəmməd Məmmədovdan götürülmüş çantaya baxış keçirilərkən içərisində 9 bağlamada, ümumi təmiz çəkisi 8 720,6 qram olan narkotik vasitə - tiryək aşkar edilib
Biznes
20 Avqust , 2021 17:00
İrandan Azərbaycana gətirilən külli miqdarda tiryəkin satılmasının qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb

Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında Pərvin Həsən oğlu Rzayevin idarə etdiyi "Mercedes-Benz S 600" markalı, 90-LB-478 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin əraziyə gələn Məhəmməd Ağakərim oğlu Məmmədov İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

Məhəmməd Məmmədovun saxlanıldığını görən Pərvin Rzayev idarə etdiyi avtomobili əməliyyat-axtarış fəaliyyətini həyata keçirən gömrükçülərə məxsus digər nəqliyyat vasitələrinə çırparaq hadisə yerindən qaçıb.

Məhəmməd Məmmədovdan götürülmüş çantaya baxış keçirilərkən içərisində 9 bağlamada, ümumi təmiz çəkisi 8 720,6 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 04 avqust 2021-ci il tarixdə, səhər saatlarında cinayətkar qrupun digər üzvü Süleyman Rövşən oğlu Musazadə Bakı şəhəri, Yasamal rayonu ərazisində, Pərvin Rzayev isə 5 avqust 2021-ci il tarixdə, səhər saatlarında Şirvan şəhərində saxlanılıb.

Qeyd edilən fakt əsasında Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə Məhəmməd Ağakərim oğlu Məmmədov, Süleyman Rövşən oğlu Musazadə və Pərvin Həsən oğlu Rzayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd edilən maddələrlə onlara ittiham elan edilib. Həmin şəxslərin barəsində Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi