İran şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirmək istəyir

İran şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirmək istəyir Bu ölkənin özəl sektoru xüsusilə texniki və mühəndislik xidmətləri sahəsində əməkdaşlıq etməyə tam hazırdır.
Biznes
19 Yanvar , 2021 14:10
İran şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirmək istəyir

Tehranda keçirilmiş İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 14-cü iclasında Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanıb.

“Report” İran KİV-lərinə istinadən xəbər verir ki, Anlaşma Memorandumunu İranın iqtisadiyyat naziri, komissiyanın həmsədri Fərhad Dejpəsənd və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev imzalayıb.

F. Dejpəsənd bəyan edib ki, İranın özəl sektoru Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməyə hazırdır: “İran şirkətləri xüsusilə də texniki və mühəndislik xidmətləri sahəsində əməkdaşlıq etməyə tam hazırdır. Bu Anlaşma Memorandumunun imzalanması iqtisadi əlaqələrin əhəmiyyətli inkişafına səbəb olacaq”.

Ş.Mustafayev Ermənistan-Azərbaycan münaqişəsində İranın Azərbaycana siyasi dəstəyinə görə təşəkkür edib: “Son beş ildə iki ölkə arasında əlaqələr əhəmiyyətli genişlənib və hazırda bizim daha güclü əlaqələrimiz var. İmzaladığımız Anlaşma Memorandumu iki ölkə üçün yeni impulslar verəcək və ümid edirik ki, İranla Azərbaycan arasında ticarət əlaqələri böyüyəcək. İki ölkə münasibətləri son illərdə yeni, dinamik və perspektivli inkişaf mərhələsinə qədəm qoyub”.

Xatırladaq ki, İran və Azərbaycan arasında İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası 19 mart 2019-cu ildə Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi