İran Azərbaycana pendir tədarükünü kəskin artırıb

Biznes
  • 15 aprel, 2022
  • 08:22
İran Azərbaycana pendir tədarükünü kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 3,36 milyon ABŞ dolları dəyərində 946,44 ton pendir idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,6 %, kəmiyyət olaraq – 6,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Almaniyadan 549,96 min ABŞ dolları dəyərində 115,53 ton, Litvadan 462,08 min ABŞ dolları dəyərində 90,34 ton, İrandan 387,61 min ABŞ dolları dəyərində 230,34 ton, Belarusdan 323,8 min ABŞ dolları dəyərində 64,11 ton, Türkiyədən 319,29 min ABŞ dolları dəyərində 81,38 ton məhsul alıb.

2021-ci ilin analoji dövrü ilə müqayisədə Almaniyadan tədarük müvafiq olaraq 30,6 % və 39,5 % azalıb, Litvadan – 24,2 % və 20,7 % artıb, İrandan – 45,3 % və 51,3 % artıb, Belarusdan – 5,2 % artıb və 0,1 % azalıb, Türkiyədən – 24,8 % və 24,3 % azalıb.