İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edib İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Tərtərdə Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.
Biznes
30 Mart , 2023 19:16
İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Tərtərdə Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin, lisenziyaların verilməsi, ixraca dəstək, işğaldan azad edilmiş ərazilərdə işgüzar fəaliyyət, habelə sosial və s. məsələlərlə bağlı olub.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi