İqtisadiyyat naziri: “Türkiyəyə investisiya qoyuluşumuz 19 milyard dollardan çoxdur”

İqtisadiyyat naziri: “Türkiyəyə investisiya qoyuluşumuz 19 milyard dollardan çoxdur” “Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri nəinki səngiməyib, əksinə daha sürətlə inkişaf edib. Hazırda Azərbaycanın xaricə yatırdığı sərmayələrin məbləğinə görə Türkiyə ilk yerdə qərarlaşıb”.
Biznes
138
14 Dekabr , 2021 12:14
İqtisadiyyat naziri: “Türkiyəyə investisiya qoyuluşumuz 19 milyard dollardan çoxdur”
Mikayıl Cabbarov

“Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri nəinki səngiməyib, əksinə daha sürətlə inkişaf edib. Hazırda Azərbaycanın xaricə yatırdığı sərmayələrin məbləğinə görə Türkiyə ilk yerdə qərarlaşıb”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda deyib.

Onun sözlərinə görə, hazırda bu sərmayələrin məbləği 19 milyard ABŞ dollarından çoxdur.

“Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırıran ölkələr arasında da Türkiyə birinci yerdə durur”, - nazir əlavə edib.

M.Cabbarov əlavə edib ki, hər üç ölkə üzrə investisiya qoyuluşunun artıırılması üçün ciddi işlər aparılır: "Ölkə başçıları bizim qarşımıza böyük hədəflər qoyub. Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 15 milyard ABŞ dollara çatdırmağı düşünürük. Həmçini preferensial ticarət sazişinin genişləndirilməsi istiqamətində də işlər görürük. Bu isə qeyri neft sektorunda Azərbaycan məhsullarının Türkiyəyə ixracını daha da asanlaşdıracaq".

Türkiyənin sənaye naziri Mehmet Muşun sözlərinə görə, bu il Türkiyə ilə Azərbaycan arasında ticarət əlaqələrinin həcmi ötən illə müqayisədə 6,5 % artaraq 4,5 milyard ABŞ dollara çatıb.

O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan dünya enerji və nəqliyyat layihələrinin üzərində yerləşir: "Bu sahədə iş birliyimizi artırmalıyıq, iqtisadiyyatımızı daha da gücləndirməliyik. Bu il Türkiyə ilə Gürcüstan arasında ticarətin həcmi ötən illə müqayisədə 20 % artaraq 1,9 milyard ABŞ dollara çatıb. Türkiyənin Azərbaycandakı investiyaları üçüncü ölkələrlə birlikdə yatırılan investisiyalarla birlikdə 12 milyard ABŞ dollara çatıb. Azərbaycanda 15,4 milyard ABŞ dolları dəyərində 455 layihəni uğurla reallaşdırmışıq".
 

Son xəbərlər

Orphus sistemi