İqtisadi Şura “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı müzakirə edib

İqtisadi Şura “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı müzakirə edib Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.
Biznes
181
14 Dekabr , 2021 12:00
İqtisadi Şura “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı müzakirə edib

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Bu barədə "Report"a Nazirlər kabinetindən məlumat verilib.

Bildirilib ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən toplantıda Azərbaycan Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış sərəncamdan irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində təklif olunan tədbir və layihələrin dövlət büdcəsi ilə əlaqələndirilməsi və maliyyələşməsi (resurs zərfi) və digər aktual məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi