İordaniyadan Azərbaycana xurma idxalı bərpa edilib
- 21 oktyabr, 2022
- 12:55
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 7,6 milyon ABŞ dolları dəyərində 4 min 284 ton xurma (təzə və ya qurudulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,6 %, kəmiyyət olaraq – 7,2 % çoxdur.
Hesabat dövründə İrandan 4,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,7 % çoxdur) 4 min 165 ton (+5,8 %), Tunisdən 1,3 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 701 ton (+2,3 dəfə), Əlcəzairdən 771 min ABŞ dolları dəyərində (-23,4 %) 419,1 ton (-23,5 %), İsraildən 645 min ABŞ dolları dəyərində (+84,3 %) 90,5 ton (+96,2 %), Fələstindən 138 min ABŞ dolları dəyərində (-39,5 %) 20,4 ton (-36,1 %) məhsul gətirilib.
Üç il 7 aylıq fasilənin ardından İordaniyadan tədarük bərpa edilib. Həmin ölkədən 3,1 min ABŞ dolları dəyərində 0,4 ton xurma alınıb.
Ötən il xaricdən (12 ölkədən) aldığımız 7 min 331 ton xurmanın 80 %-i İranın, 9,6 %-i Əlcəzairin, 6,7 %-i Tunisin payına düşüb.