Fəaliyyətini daim yeniliklər ilə zənginləşdirən “InvestAZ” investisiya şirkəti 2018-ci ildə Azərbaycanın yatırım bazarında ilk dəfə olaraq "INVESTOR CARD" - investisiya kartını təqdim etdi. Hal-hazırda Premium və Standart olaraq təklif edilən bu kart vasitəsilə siz bir çox üstünlüklər əldə edəcəksiniz.
Bu barədə “Report”a şirkətdən bildirilib.
Məlumata görə, “INVESTOR CARD” bir kartdan daha çox imkanlara sahib ola biləcəyiniz kartdır. Bu kart ilə sərbəst vəsaitləriniz təkcə virtual ekranda deyil, həmçinin real kartınızda olacaq.
7 gün 24 saat, internetin olduğu hər yerdən öz “InvestOR” hesabınıza daxil olaraq kartınızın balansını görə cari hesabınıza mədaxil edə və ya öz cari hesabınızdan sərbəst vəsaitlərinizi kartınıza məxaric edə bilərsiniz.
“INVESTOR CARD” həmçinin beynəlxalq ödəniş kartıdır və dünyanın istənilən nöqtəsində sizə sərbəst vəsaitinizi əlçatan edəcəkdir. Bundan başqa, bu kartla ödənişlər zamanı müvafiq bonus və ya “cash back”lər əldə edə biləcəksiniz.
“InvestAZ” investisiya şirkəti hər zaman Azərbaycan investorlarının Dünya Maliyyə Bazarlarındakı aktivlərə yatırım imkanını genişləndirməyi hədəf bilib. İnvestisiya fəaliyyətinin göstərilməsi üzrə müddətsiz lisenziyaya malik olan “InvestAZ” investisiya şirkəti, Maliyyə vasitəçiliyi (Brokerage), İnvestisiya bankçılığı (İnvestment Banking), Portfel İdarəçiliyi (Asset Managment), Marja Ticarəti (FOREX), Tədris kimi xidmətləri investorlara təqdim etməkdədir. Daim yeniliklərlə yadda qalan şirkət, bu siyasətə sadiq qalaraq kriptovalyuta və səhm bazarında ticarət fürsətini də artıq yatırımçıların ixtiyarına verib.
Yatırımçıların öz vəsaitlərini asan idarə edə bilməsini və yatırımlarında uğurlu olmasını təmin etməyə çalışan “InvestAZ” şirkəti, bundan sonrakı fəaliyyətində də daha faydalı yeniliklərə imza atmasını planlaşdırır.