INSME: "Azərbaycanla sıx əməkdaşlıq mərhələsinə qədəm qoymaq istəyirik”

INSME: "Azərbaycanla sıx əməkdaşlıq mərhələsinə qədəm qoymaq istəyirik” “Azərbaycanla sıx əməkdaşlıq mərhələsinə qədəm qoymaq, kiçik və orta biznes (KOB) subyektlərinə ünvanlanmış siyasəti gücləndirmək istəyirik”.
Biznes
1 Dekabr , 2022 14:04
 INSME: Azərbaycanla sıx əməkdaşlıq mərhələsinə qədəm qoymaq istəyirik”

“Azərbaycanla sıx əməkdaşlıq mərhələsinə qədəm qoymaq, kiçik və orta biznes (KOB) subyektlərinə ünvanlanmış siyasəti gücləndirmək istəyirik”.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA), eləcə də Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə Bakıda “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda keçirilən İNSME-nin 18-ci illik toplantısında INSME-nin prezidenti Serdjio Arzeni deyib.

"Azərbaycanın KOB-lara münasibətdə icra etdiyi siyasət heç də oxşar problemləri olan bütün ölkələrdə tətbiq olunmur. İqtisadi şaxələndirmə istiqamətində çalışmaq vacibdir. Dünya hazırda tektonik dəyişikliklər yaşayır. Sahikarlıq, kiçik və orta bizneslər bizim üçün daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Biz KOB-ların inkişafını dəstəkləməliyik. Çünki bu, sabit və dayanıqlı artımın dərmanıdır. Sahibkarlıq və KOB-ların inkişafı siyasətindən başqa rəqabət qabiliyyətinin və KOB-larda çalışan insanların bilik və bacarıqlarının artırılması siyasəti həddən çox vacibdir” , - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi