İndoneziya səfiri: "Şirkətlərimiz Qarabağın bərpa layihələrində maraqlıdır"

İndoneziya səfiri: "Şirkətlərimiz Qarabağın bərpa layihələrində maraqlıdır" İqtisadiyyat naziri Mikayıl Cabbarov İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidlə görüşüb.
Biznes
9 İyul , 2021 12:31
İndoneziya səfiri: Şirkətlərimiz Qarabağın bərpa layihələrində maraqlıdır

İqtisadiyyat naziri Mikayıl Cabbarov İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidlə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

M.Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı İndoneziyanın qətiyyətli mövqeyinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. İqtisadiyyat naziri Azərbaycanın İndoneziya ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu, əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının gücləndirilməsinin önəmini diqqətə çatdırıb. O, qeyd edib ki, ticarət iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindəndir. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64% artaraq 27 milyo ABŞ dolları təşkil edib. Bununla belə, qarşılıqlı ticarətin artırılması üçün daha geniş imkanlar var.

Səfir iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, İndoneziya şirkətlərinin nəqliyyat və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərimizin bərpası məqsədilə həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Tərəflər sənaye, kənd təsərrüfatı, İKT, kiçik və orta biznes, turizm, idman və s. sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılması, biznes dairələri arasında qarşılıqlı əlaqələrin qurulması, Azərbaycanda və İndoneziyada keçiriləcək beynəlxalq sərgilərdə hər iki ölkənin sahibkarlarının iştirakı, biznes forum formatında Azərbaycan-İndoneziya işgüzar görüşünün keçirilməsi barədə müzakirələr aparıblar.

Son xəbərlər

Orphus sistemi