İndoneziya Azərbaycana ətir satışını bərpa edib

Biznes
  • 05 aprel, 2022
  • 13:32
İndoneziya Azərbaycana ətir satışını bərpa edib

2022-ci ilin yanvar ayında Azərbaycan xaricdən 2,46 milyon ABŞ dolları dəyərində 140 ton ətir və tualet suyu alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 3,5 dəfə, kəmiyyət olaraq – 70,7 % artıb.

Hesabat dövründə Fransadan 1,6 milyon ABŞ dolları dəyərində 16,4 ton, Çindən 241 min ABŞ dolları dəyərində 94 ton, İtaliyadan 191 min ABŞ dolları dəyərində 4,5 ton, Rusiyadan 140 min ABŞ dolları dəyərində 8,1 ton, Birləşmiş Ərəb Əmirliklərindən 73 min ABŞ dolları dəyərində 7 ton məhsul gətirilib.

Ötən ilin yanvar ayı ilə müqayisədə Fransadan idxal müvafiq olaraq 15 dəfə və 7 dəfə artıb, Çindən – 4,3 dəfə və 3,8 dəfə artıb, İtaliyadan – 17,4 dəfə və 75 dəfə artıb, Rusiyadan – 23 % artıb və 37,5 % azalıb, Birləşmiş Ərəb Əmirliklərindən – 35,2 % və 34,6 % artıb. İki il 9 aylıq fasilənin ardından İndoneziyadan tədarük bərpa edilib. Bu ölkədən 0,62 min ABŞ dolları dəyərində 0,14 ton məhsul alınıb.

44 - Tezliklə