İlon Mask bir günə rekord məbləğdə varlandı

İlon Mask bir günə rekord məbləğdə varlandı “SpaceX” və “Tesla” şirkətlərində pay sahibi olan İlon Maskın sərvəti bir gündə rekord səviyyədə - 25 milyard ABŞ dolları atıb
Biznes
185
10 Mart , 2021 11:10
İlon Mask bir günə rekord məbləğdə varlandı
İlon Mask

“SpaceX” və “Tesla” şirkətlərində pay sahibi olan İlon Maskın sərvəti bir gündə rekord səviyyədə - 25 milyard ABŞ dolları atıb.

“Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyi tərəfindən hesablanan “Bloomberg Billionaires Index” (BBI) məlumatları göstərir.

BBI məlumatlarına görə, Maskın sərvəti indi 174 milyard ABŞ dolları dəyərindədir. O, sərvəti 180 milyard ABŞ dollar olan “Amazon”un qurucusu Ceff Bezosdan sonra ikinci pillədə qərarlaşıb. Son gündə Bezosun sərvəti isə 5,95 milyard ABŞ dolları artıb.

Yanvar ayının əvvəlində Mask BBI versiyasına görə, dünyanın ən varlı insanlarının siyahısında Bezosu üstələyərək birinci yerə çıxıb, lakin artıq fevralda C.Bezos liderliyini geri qaytarıb.

“Forbes Real-Time”ın məlumatlarına əsasən, Maskın sərvəti bir gündə 22,6 milyard ABŞ dolları artaraq 166,2 milyard ABŞ dollarına (ikinci yer), Bezosunku isə 5,9 milyard artaraq 179,9 milyard ABŞ dollarına (birinci yer) yüksəlib.

Maskın sərvəti elektromobil istehsalçısı “Tesla”nın səhmlərinin inamlı artımı sayəsində bu qədər artıb. Çərşənbə axşamı günü edilən ticarət nəticəsində kotirovkalar 19,64% artaraq bir səhmə görə 673,58 ABŞ dollarına qədər yüksəlib. Bundan əvvəl şirkətin səhmlərində belə güclü günlük dəyər sıçrayışları (18-19%) 2020-ci ilin fevral-mart aylarında müşahidə olunmuşdu.

Son xəbərlər

Orphus sistemi