Ələkbər Məmmədov: "Yaxın günlərdə onlayn kassa aparatlarının tətbiqinə başlanılacaq"

Ələkbər Məmmədov: "Yaxın günlərdə onlayn kassa aparatlarının tətbiqinə başlanılacaq" Yaxın günlərdə Azərbaycanda onlayn nəzarət-kassa aparatlarının tətbiqinə başlanılacaq.
Biznes
29 Mart , 2019 13:02
Ələkbər Məmmədov: Yaxın günlərdə onlayn kassa aparatlarının tətbiqinə başlanılacaq
0 : 00
0 : 00

"Yaxın günlərdə Azərbaycanda onlayn nəzarət-kassa aparatlarının tətbiqinə başlanılacaq". 

“Report” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Ə.Məmmədovun sözlərinə görə, ilkin mərhələdə bu nəzarət- kassa aparatları iri supermarketlərdə tətbiq olunacaq.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, pərakəndə ticarət və ictimai iaşə obyektlərində, yanacaqdoldurma məntəqələrində hesablaşmalar yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə həyata keçiriləcək və pul hesablaşmaları barədə məlumatlar internet üzərindən Vergilər Nazirliyinin bazasına ötürüləcək. 

Yeni nəsil nəzarət-kassa aparatlarından istifadənin bir çox üstünlükləri var. Bu sistem kassa əməliyyatlarının uçotunun düzgün aparılmasına, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsi məqsədinə xidmət edir. Onlayn kassaların tətbiqi ilə məlumatların Vergilər Nazirliyinin informasiya bazasında avtomatlaşdırılmış rejimdə ötürülməsi təmin ediləcək ki, bu da vergi ödəyicilərinin yoxlanılmasına sərf olunan vaxt və inzibati xərclərin azaldılmasına gətirəcək. Kassa əməliyyatları haqqında məlumatlar real vaxt rejimində ötürüldüyündən, bu, vergi yoxlamalarının da sayının əsaslı dərəcədə azaldılmasına səbəb olacaq. Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq.

Yeni nəsil kassa aparatlarının tətbiqi ilə kassa qəbzinin də formatına tələblər dəyişir. Belə ki, satılmış mal/xidmət haqqında informasiyadan başqa, kassa çeki QR-kodu özündə əks etdirməlidir. QR-kod çekin həqiqiliyini yoxlamağa imkan verir. Birinci mərhələdə "Windows", "Linux", "Android" əməliyyat sistemlərinə malik kassa aparatlarının tətbiqi planlaşdırılır. Əgər hansısa obyektdə satışların qeydiyyatını aparmağa imkan verən, onlayn kassalara qoyulan tələblərə cavab verən, Vergilər Nazirliyinin məlumat bazası ilə inteqrasiya imkanlarına malik kassa funksiyasını yerinə yetirən avadanlıq varsa, bu halda yeni kassa avadanlığının alınması tələb olunmur. 

Son xəbərlər

Orphus sistemi