İlk rübdə Bakıda ödənişli xidmətlərin dəyəri 5 %-dən çox artıb

Biznes
  • 04 may, 2022
  • 15:18
İlk rübdə Bakıda ödənişli xidmətlərin dəyəri 5 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 % artaraq 1 milyard 308,7 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 256,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96 %-ini təşkil edib.