İlham Əliyev: “Şaxələndirmə proqramımız çox uğurla icra olunur”

İlham Əliyev: “Şaxələndirmə proqramımız çox uğurla icra olunur” “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir”.
Biznes
22 Oktyabr , 2020 15:24
İlham Əliyev: “Şaxələndirmə proqramımız çox uğurla icra olunur”
Prezident İlham Əliyev

“Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib.

“Baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür - çox ciddi deyil, indiyə qədər geriləmə 4%-dən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizim şaxələndirmə proqramımız çox uğurla icra olunur. Sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi”, - o qeyd edib.

“Əlbəttə ki, əsas məsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azad etdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistan faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlif məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır, - əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq. Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalar bizə inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft və qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür. Biz böyük həcmdə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neft istehsalı sahəsi qarşıdakı onilliklərdə, ümumilikdə, sabit olacaq. Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir”, - deyə dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi