İki ölkə Azərbaycandan siqaret alışını bərpa edib

Biznes
  • 06 may, 2022
  • 06:29
İki ölkə Azərbaycandan siqaret alışını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 823,2 min ABŞ dolları dəyərində 43,33 milyon ədəd siqaret alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 77,2 %, kəmiyyət olaraq - 73,8 % azdır.

Ukraynadan 499,9 min ABŞ dolları dəyərində 21,83 milyon ədəd, Rusiyadan 323,3 min ABŞ dolları dəyərində 21,5 milyon ədəd məhsul gətirilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Ukraynadan idxal müvafiq olaraq 84,7 % və 83,4 % azalıb, Rusiyadan – 0,3 % artıb və 68,3 % azalıb.

Hesabat dövründə Azərbaycandan xaricə 302,74 min ABŞ dolları dəyərində 37,33 milyon ədəd siqaret göndərilib.

Türkmənistana 136,75 min ABŞ dolları dəyərində 11,5 milyon ədəd, Omana 98,22 min ABŞ dolları dəyərində 17,82 milyon ədəd və Gürcüstana 67,76 min ABŞ dolları dəyərində 8,01 milyon ədəd məhsul satılıb.

Bir il əvvəl Omana siqaret ixrac edilməyib. Üç il 3 aylıq fasilənin ardından Gürcüstana, 2 il 1 ayın tamamında Türkmənistana tədarük bərpa edilib.