İki ölkə Azərbaycana fındıq ixracını bərpa edib

Biznes
  • 26 may, 2022
  • 06:03
İki ölkə Azərbaycana fındıq ixracını bərpa edib

Bu ilin birinci rübündə Azərbaycandan xaricə 40,33 milyon ABŞ dolları dəyərində 7 min 037 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38,8 %, kəmiyyət olaraq – 50,3 % çoxdur.

İtaliyaya 21,298 milyon ABŞ dolları dəyərində 3 min 416 ton, Rusiyaya 9,511 milyon ABŞ dolları dəyərində 1 min 735 ton, Almaniyaya 6,66 milyon ABŞ dolları dəyərində 1 min 043 ton, Qazaxıstana 1,143 min ABŞ dolları dəyərində 475,08 ton, Lüksemburqa 744 min ABŞ dolları dəyərində 120 ton məhsul ixrac edilib.

2021-ci ilin ilk 3 ayının göstəriciləri ilə müqayisədə İtaliyaya tədarük müvafiq olaraq 3,8 dəfə və 4 dəfə artıb, Rusiyaya – 30 % və 23,8 % azalıb, Almaniyaya – 10,8 % və 25 % artıb, Qazaxıstana – 2,8 dəfə və 3,1 dəfə artıb, Lüksemburqa – 12,7 % və 20 % artıb.

Hesabat dövründə Azərbaycana xaricdən 1,21 milyon ABŞ dolları dəyərində 191,78 ton meşə fındığı (qabığı təmizlənmiş) gətirilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 5,4 dəfə və 3,5 dəfə çoxdur.

Almaniyadan 588,47 min ABŞ dolları dəyərində 91,62 ton, İtaliyadan 415,92 min ABŞ dolları dəyərində 70 ton, İspaniyadan 144,3 min ABŞ dolları dəyərində 20 ton, Polşadan 64 min ABŞ dolları dəyərində 10 ton, Türkiyədən 1,07 min ABŞ dolları dəyərində 0,16 ton məhsul alınıb.

2021-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə Almaniyadan idxal müvafiq olaraq 4 dəfə və 4,6 dəfə artıb. Bir il əvvəl İtaliya və Türkiyədən fındıq ləpəsi alınmayıb. Beş il 11 aylıq fasilənin ardından İspaniyadan, 2 illik aradan sonra Polşadan tədarük bərpa edilib.