İİTKM-nın Strateji Fəaliyyət Planının hazırlanmasında UNDP dəstək olacaq

İİTKM-nın Strateji Fəaliyyət Planının hazırlanmasında UNDP dəstək olacaq UNDP tərəfindən hər il ənənəvi olaraq qlobal səviyyədə təşkil olunan “Qlobal qiymətləndirmə həftəsində” İİTKM-in nümayəndələrinin iştirakı müzakirə olunub
Biznes
5 May , 2021 09:40
İİTKM-nın Strateji Fəaliyyət Planının hazırlanmasında UNDP dəstək olacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Alessandro Fracassettini qəbul edib.

Bu barədə “Report” İİTKM-ya istinadən xəbər verir.

V.Qasımlı əvvəlcə ölkədə aparılan uğurlu iqtisadi islahatlar, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər barədə məlumatlar təqdim edib. Eləcə də Mərkəzin layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə məlumat verib.

Müzakirə zamanı Strateji Yol Xəritələrinin və müvafiq monitorinq və qiymətləndirmə çərçivəsinin hazırlanmasında UNDP tərəfindən təmin edilən ekspert dəstəyi və donor qurumları ilə koordinasiyada əməkdaşlıq yüksək qiymətləndirilib. Eyni zamanda, Mərkəzin Strateji Fəaliyyət Planının hazırlanması və müvafiq sektorlar üzrə tədqiqatların aparılmasında UNDP-nin təmin etdiyi texniki dəstək xüsusilə vurğulanıb.

Həmçinin monitorinq və qiymətləndirmə potentsialının ölkə səviyyəsində daha da gücləndirilməsi və UNDP tərəfindən hər il ənənəvi olaraq qlobal səviyyədə təşkil olunan 31-may və 4 uyun tarixlərində keçiriləcək “Qlobal qiymətləndirmə həftəsində” İİTKM-in nümayəndələrinin iştirakı müzakirə olunub.

BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsi Alessandro Fracassetti Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) qəbul olunan strateji inkişaf sənədləri və müvafiq dövlət proqramlarının hazırlanmasında nəzərə alınması, eləcə də, ölkədə bu məqsədlərə nail olunması üzrə maliyyələşmə çərçivəsinin qurulmasının vacibliyini vurğulayıb. A. Fracasseti Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyi və həyata keçirilən layihələr barədə məlumat verib.

Qonağa “Doing Business 2020” islahatları və Mərkəzin 5 illik yubileyinə dair aid icmallar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi