İğdırdan Azərbaycana məhsul ixracı 46 %-dən çox azalıb

Biznes
  • 21 iyun, 2023
  • 07:14
İğdırdan Azərbaycana məhsul ixracı 46 %-dən çox azalıb

Bu ilin yanvar-may aylarında Türkiyənin İğdır şəhərindən Azərbaycana 15 milyon 979 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

“Report” Türkiyənin İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 46,4 % azdır.

Həmçinin bu ilin mayında İğdırdan Azərbaycana 4 milyon 658 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 11 % azalma deməkdir.

Qeyd edək ki, 2023-cü ilin 5 ayında Türkiyədən Azərbaycana ümumilikdə 914,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub və bu, ötən ilin eyni dövrünə nisbətən 6,8 % çoxdur.

44 filmi