IFC: Azərbaycana yeni yanaşmalar təklif edirik

IFC: Azərbaycana yeni yanaşmalar təklif edirik “Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə, ölkəyə uyğun və və beynəlxalq təcrübə əsasında dövlət-özəl sektor dialoqu üzrə dəstək verməyə hazırdır”.
Biznes
5 Aprel , 2019 11:59
IFC: Azərbaycana yeni yanaşmalar təklif edirik
IFC-nin ölkə üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova / Report/ Firi Salim
0 : 00
0 : 00

“Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə, ölkəyə uyğun və və beynəlxalq təcrübə əsasında dövlət-özəl sektor dialoqu üzrə dəstək verməyə hazırdır”.

"Report" xəbər verir ki, bunu "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Portalının təqdimatı”nda çıxış edərkən IFC-nin ölkə üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycana yeni yanaşmalar təklif edir: "Bunlardan biri ümumi investisiya mühitinin yaxşılaşdırılması və biznes mühitində islahatların gündəliyinin müəyyən edilməsi üçün milli dövlət-özəl platforması kimi xidmət etmək, digər isə tənzimləyici təsirin qiymətləndirilməsi və ictimai məsləhətləşmələrin əlaqələndirilməsinin bir hissəsi kimi "Doing Business" qaydalarının asanlaşdırılmasında, qanunvericiliyin və düzəlişlərin hazırlanmasında və təşfiqində, onların biznes mühitinə və ümumi iqdisadiyyata təsirinin təhlilində, habelə Milli Məclis, aidiyyəti nazirlik və qurumlar qarşısında müdafiə edilməsində rol oynamaqdır”. 

Son xəbərlər

Orphus sistemi