İƏT: Qlobal halal biznesin həcmi bu il 6,7 trilyon dollara çatacaq

İƏT: Qlobal halal biznesin həcmi bu il 6,7 trilyon dollara çatacaq Bu ilin sonuna kimi qlobal halal biznesin həcminin 6,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir.
Biznes
8 Oktyabr , 2024 11:02
İƏT: Qlobal halal biznesin həcmi bu il 6,7 trilyon dollara çatacaq
Ahmad Kavesa Sengendo

Bu ilin sonuna kimi qlobal halal biznesin həcminin 6,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir.

“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

Onun sözlərinə görə, son altı ildə qlobal halal biznesi 47 % artıb: "Dünyada halal biznesə maraq getdikcə artır. Bu baxımdan bizə müfəssəl bir yanaşma lazımdır. Geniş mənada halal sektor dedikdə yalnız qida sektoru anlaşılmamalıdır. Bura maliyyədən, turizmə, əczaçılıqdan, kosmetologiyaya kimi, insanların ehtiyaclarını təmin edən bir çox sahələr daxildir.

Təəsüflər olsun ki, halal sektorum əsas oyunçuları İƏT-i təmsil etmirlər. Biz bunu başa düşməliyik. Hesab edirəm ki, bu bizim üçün bir çağırış ola bilər. Bu yöndə effektiv strategiyalar və koordinasiya halal dəyər zəncirinin optimallaşdırılması üçün olduqca önəmlidir".

Son xəbərlər

Orphus sistemi