İranın rabitə və informasiya texnologiyaları naziri Naxçıvana səfər edəcək

İranın rabitə və informasiya texnologiyaları naziri Naxçıvana səfər edəcək Səfər çərçivəsində İran nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına da gedəcək
Biznes
27 Dekabr , 2016 11:59
İranın rabitə və informasiya texnologiyaları naziri Naxçıvana səfər edəcək

Bakı. 27 dekabr. REPORT.AZ/ İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"Report" xəbər verir ki, nümayəndə heyətinin səfəri dekabrın 29-dək davam edəcək.

Səfər çərçivəsində Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XI iclası, Azərbaycan-İran biznes forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Eyni zamanda, səfər çərçivəsində İran nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi