Bakı. 23 sentyabr.REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bölgələrdə vətəndaşların növbəti qəbulunu sentyabrın 26-da Qəbələdə keçirəcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, saat 10:00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (28 May küçəsi,40) təşkil olunacaq qəbula gəlmək istəyən Oğuz, Qəbələ, Ağdaş və İsmayıllı rayonlarının sakinləri qeydiyyata alınmaları üçün Nazirliyin elektron poçt ünvanı (
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.