İqtisadiyyat və sənaye nazirinin Hacıqabulda vətəndaşlarla görüşü dekabrın 20-nə keçirilib
- 19 dekabr, 2014
- 08:19
Bakı. 19 dekabr. REPORT.AZ/ İlkin olaraq 19-na təyin olunan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Hacıqabulda vətəndaşlarla görüşü sabah, dekabrın 20-nə keçirilib. Bu barədə "Report"a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Nazirlə görüşdə Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Hacıqabul şəhər 10 saylı məktəbdə keçiriləcək.
Qəbula gəlmək istəyənlər qeydiyyata alınmaları üçün Nazirliyin elektron poçt ünvanı ([email protected]) və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs - Elmar Hacıyev), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsinə (əlaqələndirici şəxs - Elbrus Hüseynov) müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.