​İqtisadiyyat və sənaye naziri Qubada vətəndaşları qəbul edəcək

​İqtisadiyyat və sənaye naziri Qubada vətəndaşları qəbul edəcək Qəbul avqustun 29-da baş tutacaq
Biznes
28 Avqust , 2015 17:43
​İqtisadiyyat və sənaye naziri Qubada vətəndaşları qəbul edəcək

Bakı. 28 avqust. REPORT.AZ/ Avqustun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qubada Qusar, Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən “Report”a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar, nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Quba-Xaçmaz regional bölməsi vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılan "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi