​İqtisadiyyat Nazirliyində Türkiyə-Azərbaycan Biznes Şurasının sədri ilə görüş keçirilib

Biznes
  • 27 yanvar, 2016
  • 14:43
​İqtisadiyyat Nazirliyində Türkiyə-Azərbaycan Biznes Şurasının sədri ilə görüş keçirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda Bakıda keçirilən konfransda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akatı qəbul edib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın, xüsusilə iş adamları arasında əlaqələrin genişləndirilməsi, eləcə də 2016-cı ildə Türkiyədə keçiriləcək müxtəlif tədbirlərdə Azərbaycan iş adamlarının iştirakı və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun da iştirak edib.