İqtisadiyyat Nazirliyi regionlarda sahibkarlar üçün maarifləndirmə tədbirləri keçirir

İqtisadiyyat Nazirliyi regionlarda sahibkarlar üçün maarifləndirmə tədbirləri keçirir Treninq çərçivəsində mövzular üzrə təqdimatlar olub
Biznes
14 Mart , 2017 18:51
İqtisadiyyat Nazirliyi regionlarda sahibkarlar üçün maarifləndirmə tədbirləri keçirir
courtesy image

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Haftoni qəsəbəsində, Şəki nümayəndəliyinin təşkilatçılığı ilə isə Şəkidə sahibkarlar üçün treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, "Mövcud və yeni ixrac bazarlarına cıxış imkanları", "Kənd təsərrüfatında logistika", "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi" mövzularını əhatə edən treninqlərdə ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılar üçün güzəştlər və stimullaşdırıcı tədbirlər, ixracyönümlü məhsulların istehsalı, innovativ texnologiyalar, logistik mərkəzlərin yaradılması və s. barədə məlumat verilib.

Eyni zamanda tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb. Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib.

Son xəbərlər

Orphus sistemi