İqtisadiyyat Nazirliyi Almaniyaya ixrac missiyası təşkil edir

İqtisadiyyat Nazirliyi Almaniyaya ixrac missiyası təşkil edir İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər
Biznes
27 Dekabr , 2016 17:35
İqtisadiyyat Nazirliyi Almaniyaya ixrac missiyası təşkil edir

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat Nazirliyi gələn il yanvarın 23-26-da Almaniyaya ixrac missiyası təşkil edir.

Nazirlikdən "Report"a verilən xəbərə görə, ixrac missiyasında iştirak etmək üçün ixracatçılar İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər.

İxrac missiyaları meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, şərab və digər spirtli içkilər, çay, fındıq, bal və baldan hazırlanan məhsulları əhatə edəcək.

İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər. Müsabiqəni İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") təşkil edir.

Müsabiqə "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında dekabrın 29-da "Azpromo"da (Bakı Biznes Mərkəzi, Neftçilər pr-ti,32, Bakı, AZ1000, elektron poçt ünvanı: [email protected], telefon: +99412 5980147/48) təşkil olunacaq. 

İxrac missiyalarında iştirak etmək istəyən ixracatçılar tələb olunan sənədləri dekabrın 28-dək "Azpromo"ya təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi