İqtisadiyyat nazirinin müavini “CEO Lunch Baku”da iştirak edəcək

İqtisadiyyat nazirinin müavini “CEO Lunch Baku”da iştirak edəcək Bakı. 1 fevral. REPORT.AZ/ İqtisadiyyat nazirinin müavini Sahil Babayev fevralın 21-də fəxri qonaq qismində “Caspian European Club”un təşkil etdiyi 11-ci “CEO Lunch Baku”da iştirak edəcək. 
Biznes
1 Fevral , 2018 12:13
İqtisadiyyat nazirinin müavini “CEO Lunch Baku”da iştirak edəcək
Report

Bakı. 1 fevral. REPORT.AZ/ İqtisadiyyat nazirinin müavini Sahil Babayev fevralın 21-də fəxri qonaq qismində “Caspian European Club”un təşkil etdiyi 11-ci “CEO Lunch Baku”da iştirak edəcək. 

Bu barədə “Report”a klubun baş icraçı direktoru Mustafa Abbasbəyli məlumat verib.

Onun sözlərinə görə, tədbir “Caspian European Club”un İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq etmək istəyən üzv şirkətlərinin çoxsaylı müraciətləri sayəsində baş tutacaq. 

M.Abbasbəyli “CEO Lunch Baku”da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkət rəhbərlərinin özəl sektor ilə Nazirlik arasında əməkdaşlığın genişləndirilməsi məsələsi üzrə təşəbbüs və təklifləri müzakirə olunacağını qeyd edib. O, həmçinin “CEO Lunch Baku” iştirakçılarına onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacağını bildirib.

“CEO Lunch Baku”da yalnız “Caspian European Club”un saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-... linki üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilər.

“Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Qurumun sədri ölkə prezidentidir. 

Son xəbərlər

Orphus sistemi