Şəki-Zaqatalada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə indiyədək 118 milyon manatdan artıq güzəştli kredit verilib

Şəki-Zaqatalada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə indiyədək 118 milyon manatdan artıq güzəştli kredit verilib İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Qaxda işgüzar forum keçirib.
Biznes
28 İyun , 2019 15:10
Şəki-Zaqatalada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə indiyədək 118 milyon manatdan artıq güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Qaxda işgüzar forum keçirib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, işgüzar forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, işgüzar forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 23 sahibkara 1,5 milyon manat güzəştli kredit verilib. 

Verilən kreditlər, əsasən, turizm, heyvandarlıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 118,1 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Qaxda dövlətin güzəştli krediti ayrılan turizm mərkəzinə və arıçılıq təsərrüfatına baxış keçirilib. Ümumilikdə, indiyədək turizmin inkişafı ilə bağlı 201 investisiya layihəsinin maliyyələşdirilməsinə 46,3 milyon manat dövlətin güzəştli krediti verilib.

Son xəbərlər

Orphus sistemi