​"İndesit"in təsisçisi vəfat edib

​"İndesit"in təsisçisi vəfat edib Vittorio Merloni uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib
Biznes
1699
18 İyun , 2016 17:00
​İndesitin təsisçisi vəfat edib

Bakı. 18 iyun. REPORT.AZ/ "İndesit" şirkətinin təsisçisi və İtaliya Sənaye Konfederasiyasının (Confindustria) sabiq rəhbəri Vittorio Merloni uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

"Report" xəbər verir ki, V.Merloni 1933-cü ildə İtaliyanın Fabriano şəhərində doğulub. O, 1975-ci ildə məişət texnikasının istehsalı ilə məşğul olan və hazırda 2005-ci ildən "İndesit" adlandırılan "Merloni Ettrodomestici" şirkətini təsis edib. 2010-cu ildə bu şirkətin prezidenti postunda onu oğlu Andrea əvəz edib.

"İndesit" öz sahəsi üzrə Avropanın iri şirkətlərdən biri sayılır. Bu brend paltaryuyan və qabyuyan maşınlar, soyuducu, soba və digər məişət texnikalarını özündə birləşdirir.

Son xəbərlər

Orphus sistemi