İmereti regionunun qubernatoru Azərbaycan-Gürcüstan biznes-forumunda iştirak edəcək

İmereti regionunun qubernatoru Azərbaycan-Gürcüstan biznes-forumunda iştirak edəcək Bakı. 13 dekabr. REPORT.AZ/ Gürcüstanın İmereti regionunun qubernatoru Givi Çiçinadze “Caspian European Club” çərçivəsində dekabrın 15-də Gürcüstanda keçiriləcək Azərbaycan-Gürcüstan biznes-forumunda və III CEO Lunch Tbilisidə fəxri qonaq qismində iştirak edəcək.
Biznes
13 Dekabr , 2017 13:26
İmereti regionunun qubernatoru Azərbaycan-Gürcüstan biznes-forumunda iştirak edəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Gürcüstanın İmereti regionunun qubernatoru Givi Çiçinadze “Caspian European Club” çərçivəsində dekabrın 15-də Gürcüstanda keçiriləcək Azərbaycan-Gürcüstan biznes-forumunda və III "CEO Lunch Tbilisi"də fəxri qonaq qismində iştirak edəcək.

Klubdan “Report”a verilən məlumata görə, “Caspian European Club” və “Energy Georgia”nın fəaliyyətini yüksək qiymətləndirən G.Çiçinadze İmereti regionunun Azərbaycan sahibkarları ilə sıx əməkdaşlıq etdiyini bildirib: “Caspian Energy Georgia”nın bizim regionda da analoji tədbir keçirəcəyinə inanırıq. Biz də öz növbəmizdə əməkdaşlığa hər zaman açıqıq və biznes tərəfindən irəli sürülmüş istənilən təklifi müzakirə etməyə hazırırq”.

“Caspian European Club” çərçivəsində keçiriləcək biznes-forumda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemzadze və İmereti regionunun qubernatoru G.Çiçinadze iştirakçı şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək və onları maraqlandıran bütün suallara cavab verəcəklər.

Qeyd edək ki, “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regiounda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. “Caspian European Club” və “Caspian American Club”un sədri Azərbaycan Prezidenti İlham Əliyevdir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində iş aparır.

Son xəbərlər

Orphus sistemi