Hesablama Palatası ARDNF-in gələnilki büdcəsinin layihəsinə rəy verib

Hesablama Palatası ARDNF-in gələnilki büdcəsinin layihəsinə rəy verib Hesablama Palatası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il bücəsinin layihəsinə rəy verib.
Biznes
5 Dekabr , 2021 14:29
Hesablama Palatası ARDNF-in gələnilki büdcəsinin layihəsinə rəy verib

Hesablama Palatası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il bücəsinin layihəsinə rəy verib.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, rəy “Büdcə sistemi haqqında”, “Hesablama Palatası haqqında” qanunlara, “ARDNF-in illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na uyğun hazırlanıb.

Palata Fondun ölkə prezidentinin 29 dekabr 2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməsindəki vəzifə və funksiyalarının həyata keçirilməsi üçün gələn ilə proqnozlaşdırılan gəlir və xərclərinin əsaslılığını, Fondun həyata keçirəcəyi investisiya siyasətinin onun fəaliyyətini tənzimləyən qanunvericilik aktları ilə uyğunluğunu araşdırıb.

Rəy hazırlanarkən Fondun büdcəsinin 2020-ci il üzrə icra göstəriciləri, 2021-ci ilin proqnoz və gözlənilən icra göstəriciləri ilə müqayisəli təhlillər aparılıb, Rəy “2022-ci il dövlət büdcəsi haqqında” qanunla müəyyən edilmiş 2022-ci il dövlət büdcəsinin gəlirlərinin mədaxil mənbələri üzrə daxilolmalara dair göstəricilər, 2021-ci ilin 9 ayının icrası üzrə Fondun statistik məlumatlarından, Hesablama Palatasına təqdim edilmiş hesabatlar və məlumatlardan, Hesablama Palatasının müvafiq analitik məlumat bazasından, müxtəlif rəsmi internet səhifələrinin müvafiq məlumatlarından istifadə edilməklə və təhlillər aparılmaqla hazırlanıb ki, bu da kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir və digər təşkilatların ekspert mühakimələrindən fərqli ola bilər.

Rəy “Ümumi müddəalar”dan, “ARDNF-in 2022-ci il üçün büdcəsi barədə” ölkə prezidentinin fərman layihəsinin ümumi xarakteristikası, ARDNF-in 2022-ci il büdcə gəlirləri, 2022-ci il büdcə xərcləri ilə bağlı alt bölmələrdən, həmçinin nəticələr və ayrı-ayrı istiqamətlər üzrə Hesablama Palatasının müvafiq tövsiyələrindən ibarət olmaqla tərtib edilib.

Son xəbərlər

Orphus sistemi