Hacıqabulda istehsal ediləcək avtomobillərin mümkün qiymətləri açıqlanıb

Hacıqabulda istehsal ediləcək avtomobillərin mümkün qiymətləri açıqlanıb Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17 min manatdan başlayacaq.
Biznes
17 Sentyabr , 2021 18:43
Hacıqabulda istehsal ediləcək avtomobillərin mümkün qiymətləri açıqlanıb

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17 min manatdan başlayacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib.

O, digər avtonəqliyyat vasitələrinin də mümkün qiymətini açıqlayıb: "Pikaplar 50-70 min arasında, avtobuslar isə 70-120 min arasında qiymətə satılacaq".

Assosasiya rəhbəri əsas hədəf bazarının Türkiyə olduğunu qeyd edib: "General Motors"un razılığı ilə avtomobilləri Türkiyə bazarında satmağı hədəfləyirik".

E.Axundov avtomobillərin ehtiyat hissələrinin də Azərbaycanda istehsalı ilə bağlı razılıq əldə edildiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi