Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 21% artıb

Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 21% artıb Bu ilin I yarısında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 6 212,1 milyon ABŞ dolları təşkil edib.
Biznes
13 İyul , 2021 11:21
Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 21% artıb

Bu ilin I yarısında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 6 212,1 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 21,3% çoxdur.

Yanvar-iyunda qonşu ölkənin ixracının dəyəri 25,5% artaraq 1 887,5 milyon dollar, idxalının dəyəri isə 19,5% artaraq 4 324,6 milyon dollar olub.

Hesabat dövründə xarici ticarətdə yaranan kəsir 2 437,2 milyon dollar təşkil edib ki, bunun da ümumi xarici ticarət dövriyyəsindəki payı 39,2% olub.

Son xəbərlər

Orphus sistemi