Gürcüstanın xarici ticarət dövriyyəsi 22% artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 22% artıb Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 10 009,7 milyon ABŞ dolları təşkil edib.
Biznes
13 Oktyabr , 2021 11:10
Gürcüstanın xarici ticarət dövriyyəsi 22% artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 10 009,7 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 % çoxdur.

Son 1 ildə İlk qonşu ölkənin ixracının dəyəri 24% artaraq 2 981,3 milyon dollar, idxalının dəyəri isə 21,6% artaraq 7 028,4 milyon dollar olub.

Son nəticədə xarici ticarətdə 4 047,1 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi dövriyyədəki payı 40,4 % olub.

Son xəbərlər

Orphus sistemi