Gürcüstanın xarici ticarət dövriyyəsi 13 %-ə yaxın artıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 13 %-ə yaxın artıb Hesabat dövründə xarici ticarətdə 1 milyard 531 milyon ABŞ dollarlıq kəsir yaranıb
Biznes
13 May , 2021 11:25
Gürcüstanın xarici ticarət dövriyyəsi 13 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 12,8 % artaraq 3 milyard 929 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, ilk dörd ayda qonşu ölkənin ixracının dəyəri 1 milyard 199 milyon ABŞ dollara (+19,6 %), idxalının dəyəri isə 2 milyard 730 milyon ABŞ dollara (+10,1 %) bərabər olub.

Hesabat dövründə xarici ticarətdə 1 milyard 531 milyon ABŞ dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 39 %-dir.

Son xəbərlər

Orphus sistemi