Gürcüstanın neft daşımalarından gəliri 42 % artıb

Gürcüstanın neft daşımalarından gəliri 42 % artıb Bu ilin I rübündə Gürcüstan dəmir yolları vasitəsilə daşınan neft məhsullarının həcmi illik müqayisədə 33 % artıb
Biznes
22 Aprel , 2021 10:39
Gürcüstanın neft daşımalarından gəliri 42 % artıb

Bu ilin I rübündə Gürcüstan dəmir yolları vasitəsilə daşınan neft məhsullarının həcmi illik müqayisədə 33 % artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gücüstan Dəmir Yolları” SC-dən bildirilib.

Məlumata əsasən, daşınmalardan əldə olunan gəlirdə isə 42 % artım qeydə alınıb.

Yanvar-mart aylarında konteyner daşınmaları 3,5 %, gəlir isə 8 % artıb.

İlk üç ayda dəmir yolları ilə nəql olunan yüklərin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 7,3 %, əldə olunan gəlir isə 14 % artıb.

SC-dən qeyd olunub ki, cari ilin I rübü üzrə nəticələr son 6 ilin rekord göstəriciləridir.

Son xəbərlər

Orphus sistemi