Gürcüstanın milli poçt operatoru özəlləşdirilməyə çıxarılacaq

Gürcüstanın milli poçt operatoru özəlləşdirilməyə çıxarılacaq Gürcüstanın milli poçt operatoru olan “Gürcüstan Poçtu”nun özəlləşdirilməsi planlaşdırılır
Biznes
10 Fevral , 2021 20:05
Gürcüstanın milli poçt operatoru özəlləşdirilməyə çıxarılacaq

Gürcüstanın milli poçt operatoru olan “Gürcüstan Poçtu”nun özəlləşdirilməsi planlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şirkətin baş direktoru Levan Çikvaidze bildirib.

Onun sözlərinə görə, şirkətin özəlləşdirilməsində həm yerli, həm də xarici investorlar maraqlıdırlar.

Şirkətin tam və ya qismən özəlləşdiriləcəyinə gəlincə, L.Çikvadize məsələnin asan olmadğını deyib: “İşlər aparılır. Proses tədricən həyata keçiriləcək. Milli poçt operatoru özəl sərmayələr üçün maraqlı olub. Hər kəs bu prosesin mümkün qədər tez baş verməsini istəyir”.

Qeyd edək ki, “Gürcüstan Poçtu” ölkə üzrə 81 xidmət mərkəzinə sahibdir. Şirkətdə 2 700 əməkdaş çalışır.

Son xəbərlər

Orphus sistemi