Gürcüstanın iqtisadi inkişaf planı hazırlanacaq

Gürcüstanın iqtisadi inkişaf planı hazırlanacaq Gürcüstanın uzunmüddətli iqtisadi inkişaf planının hazırlanması məqsədilə dövlət komissiyası yaradılacaq
Biznes
4 Mart , 2021 11:36
Gürcüstanın iqtisadi inkişaf planı hazırlanacaq

Gürcüstanın uzunmüddətli iqtisadi inkişaf planının hazırlanması məqsədilə dövlət komissiyası yaradılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu təşəbbüslə ölkənin Baş naziri İrakli Qaribaşvili çıxış edib.

Onun sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri ölkə iqtisadiyyatının inkişafına nail olmaqdır: “Komissiya iqtisadi inkişaf planı üzərində işləyəcək və ilk sənədi bu ilin mayın sonunda təqdim edəcək”.

İ.Qaribaşvili qeyd edib ki, komissiyanın fəaliyyətinə bütün maraqlı tərəflər, parlamentin müvafiq komitələri, həmçinin yüksək ixtisaslı ekspertlər də cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi