Gürcüstanın cücə ixracı üzrə əsas bazarı bu il də Azərbaycandır
- 28 sentyabr, 2023
- 05:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 3,3 milyon ABŞ dolları dəyərində diri ev toyuğu (cücə) ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 22 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın cücə ixrac etdiyi 3 ölkə sırasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 5 milyon ABŞ dolları dəyərində cücə satıb ki, bu da bir il əvvəlki göstəricidən 26 % çoxdur. O cümlədən, Gürcüstan Ermənistana 1,7 milyon ABŞ dolları dəyərində və İrana 21 min ABŞ dolları dəyərində cücə ixrac edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 6,8 milyon ABŞ dolları dəyərində cücə ixrac edib ki, bunun da 4,92 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan cücə tədarükünə çəkdiyi xərci 44 dəfə artıb.