Türkiyə-Gürcüstan-Azərbaycan biznes forumu keçirilə bilər

Türkiyə-Gürcüstan-Azərbaycan biznes forumu keçirilə bilər Gürcüstanın Baş Nazirinin Azərbaycana səfəri planlaşdırılıb
Biznes
10 Mart , 2021 10:30
Türkiyə-Gürcüstan-Azərbaycan biznes forumu keçirilə bilər

Gürcüstanın Baş Nazirinin Azərbaycana səfəri planlaşdırılıb.

“Report” xəbər verir ki, bunu bu ölkənin Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti (ASK) Məmməd Musayevlə görüşdə deyib.

Səfir səfər zamanı Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü çərçivəsində biznes-forumun keçirilməsini Konfederasiya prezidentinə təklif edib.

M.Musayev bu yaxınlarda Gürcüstanda çalışan azərbaycanlı iş adamlarının təşkilatı olan AZEBİ ilə ASK arasında əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb. O, Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatında biznes əlaqələrinin davam etdirilməsinin vacibliyini bildirərək, hər üç ölkənin iş adamlarının iştirakı ilə birgə biznes-forum keçirməsini təklif edib.

Səfir bu təklifi razılıqla qarşılayaraq, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı öz təklflərini irəli sürüb.

Görüşdə Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli biznes forumunun keçirilməsi üçün təşkilatı məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi