Bu ilin I rübündə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 250,3 milyon ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 9 % payla payla qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra IV əsas ticarət tərəfdaşı olub.
Yanvar-martda Gürcüstanın Azərbaycana ixracının dəyəri illik müqayisədə 16,4 % azalaraq 104,6 milyon ABŞ dolları, Azərbaycandan idxalının dəyəri isə 11,4 % azalaraq 145,7 milyon ABŞ dolları olub.
Gürcüstanın ümumi ixracında Azərbaycan 12,7 % paya sahib olmaqla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra III yerdə qərarlaşıb. Gürcüstanın ümumi idxalında isə Azərbaycan 7,5% payla qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra IV əsas idxal tərəfdaşı olub.