Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi azalıb

Biznes
  • 19 oktyabr, 2020
  • 07:18
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar-sentyabrında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 670 milyon ABŞ dollarına bərabər olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycan Gürcüstanın 9 aylıq ticarət dövriyyəsində 8,3% payla qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yerdə qərarlaşıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində 11% azalma qeydə alınıb.

44 - Tezliklə