Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 42% artıb
- 19 aprel, 2022
- 07:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 355,4 milyon ABŞ dolları olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərdə 42 % çoxdur.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 9,2 % payla qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan sonra IV əsas ticarət tərəfdaşı olub.
Yanvar-martda Gürcüstanın Azərbaycana ixracının dəyəri 125,3 milyon ABŞ dolları (+19,9%), Azərbaycandan idxalının dəyəri isə 230,1 milyon ABŞ dolları (+57,6%) təşkil edib.
Gürcüstanın ümumi ixracında Azərbaycan 10,7 % paya sahib olmaqla Çindən sonra qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında II yeri tutub. Azərbaycan Gürcüstanın ümumi idxalında isə 8,5 % payla qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra IV əsas idxal tərəfdaşı olub.