Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 33 % artıb

Biznes
  • 19 may, 2022
  • 07:07
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 33 % artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 445,4 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, dəyər ötən ilin eyni dövrünə nisbətdə 32,7 % artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 8,5 % payla qonşu ölkənin Türkiyə, Çin və Rusiyadan sonra IV əsas ticarət tərəfdaşı olub.

Yanvar-apreldə Gürcüstanın Azərbaycana ixracının həcmi illik müqayisədə 10,6 % artaraq 168,4 milyon ABŞ dolları, Azərbaycandan idxalının həcmi isə 51,3 % artaraq 276,9 milyon ABŞ dollarına bərabər olub.

Gürcüstanın ümumi ixracında Azərbaycan 10,6 % payla Çindən sonra qonşu ölkənin II əsas ixrac tərəfdaşı olub. Azərbaycan Gürcüstanın ümumi idxalında isə 7,6 % payla qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra IV əsas idxal tərəfdaşı olub.