Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21 % azalıb
- 20 aprel, 2024
- 10:11
Bu ilin yanvar-mart aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 298,991 milyon ABŞ dolları təşkil edib.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 % azdır.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 6,4 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 25,5 % azalaraq 134,507 milyon ABŞ dolları (ümumi ixracın 10,1 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 16,8 % azalaraq 164,484 milyon ABŞ dolları (ümumi idxalın 4,9 %-i) olub.
Yanvar-mart aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 6,5 % azalaraq 4 milyard 699,336 milyon ABŞ dollarına düşüb. O cümlədən, ixracın dəyəri 9,3 % azalaraq 1 milyard 325,991 milyon ABŞ dollarına, idxalın dəyəri isə 5,3 % azalaraq 3 milyard 373,346 milyon ABŞ dollarına enib.