Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 16 % artıb

Biznes
  • 19 iyul, 2023
  • 07:30
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 16 % artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 % artaraq 731 milyon ABŞ dolları olub.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, qonşu ölkənin 6 aylıq ticarət dövriyyəsinin 7,1 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 43,9 % artaraq 413 milyon ABŞ dolları (ümumi ixracın 13,5 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 8,1 % azalaraq 318 milyon ABŞ dolları (ümumi idxalın 4,4 %-i) olub.

Yanvar-iyun aylarında Gürcüstanın ümumi ticarət dövriyyəsinin dəyəri isə illik müqayisədə 20,1 % artaraq 10 269 milyon ABŞ dollarına çatıb. O cümlədən, qonşu ölkə ixracının dəyərini 19,4 % artıraraq 3 053 milyon ABŞ dollarına, idxalının dəyərini isə 20,4 % artaraq 7 216 milyon ABŞ dollarına çatdırıb. Son nəticədə Gürcüstanın xarici ticarətində 4 163 milyon ABŞ dolları mənfi saldo yaranıb.