Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 15 % artıb

Biznes
  • 21 avqust, 2023
  • 08:10
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 15 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15 % artaraq 847,951 milyon ABŞ dolları olub.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, qonşu ölkənin 7 aylıq ticarət dövriyyəsinin 7 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 38,1 % artaraq 485,342 milyon ABŞ dolları (ümumi ixracın 13,5 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 6 % azalaraq 362,609 milyon ABŞ dolları (ümumi idxalın 4,3 %-i) olub.

Yanvar-iyul aylarında Gürcüstanın ümumi ticarət dövriyyəsinin dəyəri isə illik müqayisədə 18 % artaraq 12 105 milyon ABŞ dollarına çatıb. O cümlədən, qonşu ölkə ixracının dəyərini 15,9 % artıraraq 3 583 milyon ABŞ dollarına, idxalının dəyərini isə 19 % artaraq 8 522 milyon ABŞ dollarına çatdırıb. Son nəticədə Gürcüstanın xarici ticarətində 4 939 milyon ABŞ dolları mənfi saldo yaranıb.

44 filmi